Nazarlı kəndində qız qaçırma hadisəsi ilə bağlı yeni detallar…

Qardabani rayonunun Nazarlı kəndində 15 yaşlı qızın qaçırlması ilə bağlı saxlanılan 4 nəfərin bu gün məhkəməsi baş tutacaq.

Bu barədə qaçırılan qızın atası 24News.ge xəbər portalının əməkdaşlarına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, qaçırılan qız artıq evə gətirilib:

“Mənim qızım artıq evdədir. Qızımı qaçıranlar bizimlə qohumdurlar, biz onlarla artıq barışmışıq. Qohum olduqları üçün şikayətimizi də geri götürdük. Amma qızımı onlara evlənmək niyyəti ilə vermək fikrim yoxdur. Çünkü mənim qızım hələ uşaqdır. Hətta onlar mənim qızıma bir neçə dəfə elçi də gəliblər, mən bu sözümü onlara o vaxt da demişdim, mənim qızım hələ uşaqdır”, – deyə qaçırılan qızın atası bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey