Gürcüstandakı Azərbaycan vətəndaşları ilə bağlı yeni qərar…

Gürcüstandakı Azərbaycan Respublikası vətəndaşlarının pasportlarının müddəti uzadıldı.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhədlər 2020-ci ilin mart ayının 14-dən etibarən mövcüd epidemioloji vəziyyətlə əlaqədar müvəqqəti olaraq bağlanmışdır.

Koronavirus pandemiyasının yaratmış olduğu çətinliklər nəzərə alınaraq, müxtəlif xarici ölkələrdə, həmçinin Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının qanunsuz miqrant statusuna düşməmələri və fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri üçün sahib olduqları və etibarlılıq müddəti 01 yanvar 2020-ci il tarixindən etibarən bitmiş və ya bitəcək olan bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti yaşadıqları ölkə ərazisində (eyni ilə Gürcüstanda) fəaliyyətlərini tənzimləmələri məqsədi ilə 01 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur.

Məlumatda qeyd olunub ki, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşları ölkəni tərk edərək Vətənə qayıtmaq istədiklərində isə qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Gürcüstanda yerləşən Səfirliyinə müraciət etməlidirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey