Baş nazirin istefası ilə bağlı yayılan məlumatlara açıqlama gəldi
Son günlər baş nazir, Giorgi Qaxarianın istefası ilə bağlı yayılan məlumatlara, paytaxt meri Kaxa Kaladze açıqlama verib.
24News.ge xəbər verir ki, mer sözügedən məlumatların yalan olduğunu deyib.
O qeyd edib ki, əgər belə bir qərar olsa bu qərardan onunda xəbəri olardı, lakin hazırki vəziyyətdə bununla bağlı heç bir məlumat olmadığı üçün bu xəbərin də dezinformasia olduğunu bildirib.
Qeyd edək ki, son bir neçə gündür ki, baş nazir Giorgi Qaxarianın yaxın günlərdə istefa verəcəyi ilə bağlı məlumatlar yayılıb.