Gürcüstanda karantin müddəti azaldılır
Gürcüstanda karantin müddəti 12 gündən, 8 günədək azaldılır.
Müvafiq qərarın bu gün, hökumətin iclası zamanı alınacağı gözlənilir.
Səhiyyə nazirinin müavini, Tamar Qabunianın sözlərinə görə, müddətin azaldılacağı təqdirdə, vətəndaş karantini tərk etdikdən sonra, qarşıdakı 6 gün müddətində 2 dəfə PCR testindən keçməlidir.
Qeyd edək ki, mart ayından etibarən, tətbiq edilən karantin rejimi 14 gün idi. Daha sonra, bu müddət 12 günədək qısaldılıb. Bu gün isə sözügedən müddətin 8 gündək qısaldılacağı gözlənilir.