Tbilisiyə qar yağıb

Bu gün səhər saatlarından başlayaraq Gürcüstanın paytaxtı Tbilisiyə qar yağıb.

“Report”un yerli bürosu xəbər verir ki, hazırda şəhərdə dumanlı və yağışlı hava müşahidə olunur.

İntensiv qar ölkə ərazisində bəzi yollarda avtomobillərin hərəkətində maneə yaradıb.

Güclü küləklə müşahidə olunan kəskin hava şəraiti İmereti bölgəsində 17 evin dam örtüyünü uçurub, 15ağacı aşırıb.

Qonşu ölkədə qeyri-sabit hava şəraiti aprel ayının 5-nə qədər davam edəcək.

Sabahdan etibarən isə ölkə ərazisində güclü qərb küləyi əsəcək. Havanın temperaturu aprelin 3-dən etibarən +12,+17 dərəcəyə qədər yüksələcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey