Mərkəz rəhbəri toylarla bağlı önəmli açıqlama verdi…
“Ölkədə toyların olması və uşaqların dünyaya gəlməsi yaxşıdır, amma müvəqqəti olaraq bu şəraitdə yaşadığımız müddətdə böyük yığıncaqlardan çəkinməliyik, çünki bu, virusun daha da yayılmasının əsas səbəblərindən biridir”.
Bu sözləri Xəstəliklərə Milli Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamqrelidze deyib.
Onun sözlərinə görə, Quriyada koronavirus hadisələrinin artması böyük ehtimalla geniş miqyaslı bir toyla əlaqəlidir:
“Dünən Quriyada üç yoluxma hadisəsi baş verib, bu gün bir nəfər daha əlavə edildi və genişləndirilmiş epidemioloji müayinə aparılır. Epidemioloji araşdırmalar Çoxatauri Bələdiyyəsinin Kvemobani kəndində də başlayıb. Ozurgeti səmtində də araşdırmalar davam edir, bu hadisələr isə ehtimalla böyük bir toy ilə əlaqədardır.
Dəfələrlə pandemiya və epidemiya çağırışı etmişik və Gürcüstanda 100-dən çox insanın toplanması qadağandır. Düzdür ölkədə toyların olması və uşaqların dünyaya gəlməsi yaxşıdır, amma müvəqqəti olaraq bu şəraitdə yaşadığımız müddətdə böyük yığıncaqlardan çəkinməliyik, çünki bu, virusun daha da yayılmasının əsas səbəblərindən biridir”, – deyə Qamqrelidze bildirib.