Son Dəqiqə! Gürcüstanda toy və yas mərasimləri yenidən qadağan edildi

Toylar, yubileylər, yas mərasimləri və digər sosial məraismlərin keçirilməsi sabahdan etibarən qadağan edilir.

Bu barədə məlumatı hökumət evinin rəhbəri, Natia Mezvrişvili bildirib.

Onun sözlərinə görə, qadağalar qapalı məkanlarla yanaşı açıq məkanlara da şamil ediləcək.

“Epidemoloji vəziyyəti nəzərə alaraq, qərar verildi ki, sabahdan etibarən bu tədbirlərin keçirilməsi qadağan edilsin. Toylar, yubileylər, yas mərasimləri qapalı məkanlarla yanaşı açıq məkanlarda da ləğv ediləcək”, – deyə Natia Mezvrişvili bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey