Batumi və Kutaisiyə giriş-çıxış məhdudiyyətləri ləğv edildi
Bu gündən etibarən Batumiyə və Kutaisiyə giriş və çıxma məhdudiyyəti ləğv edildi.
Bu barədə baş naziri Giorgi Qaxariyanın açıqlamasında bildirilib.
Nazir əlavə edib ki, Tbilisi və Rustavi ilə bağlı qərar epidemioloji vəziyyətə görə həftənin sonunda veriləcək.
“Bildiyiniz kimi, bir neçə həftə əvvəl bəzi böyük şəhərlərin bağlanması üçün tədbirlər görməli olduq. Sabahdan etibarən Batumi və Kutaisi kimi şəhərlərdə hər cür hərəkət məhdudiyyətləri qaldırılacaq. Tbilisi və Rustavi bölgələrində bəzi məhdudiyyətlər olacaq. Bu, qonşu rayonlardakı epidemioloji vəziyyətlə birbaşa əlaqəlidir. Epidemioloji vəziyyətlə əlaqədar bu günlərdə Tbilisidə və Rustavi şəhərində müvafiq qərarlar qəbul ediləcəkdir. Düşünürəm ki, Tbilisi və Rustavi şəhərlərinin açılması məsələsi həftənin sonunadək müsbət həll ediləcəkdir” – deyə Giorgi Qaxaria bildirib.
Eyni zamanda, hökumət rəhbərliyi Kutaisi və Batumidə giriş və çıxış məhdudiyyətlərinin qaldırılmasına baxmayaraq, fövqəladə vəziyyət rejimində digər məhdudiyyətlərin, o cümlədən komendant saatının qüvvədə qaldığını bildiriblər.