Türkiyədəki zəlzələdə ölənlərin sayı 20 mini keçib

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 318 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, təbii fəlakət nəticəsində 91 511 nəfər yaralanıb, 6444 bina isə dağılıb.

Qeyd olunub ki, aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 80 088 şəxs dağıntılar altından xilas edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey