Azərbaycanın Gürcüstandakı səfiri Qızılhacılı və Faxralı kəndində olub

Bu gün Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları, 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı, əslən Gürcüstandan olan şəhid Mursaqulov İsmayıl Həsən oğlunun xartirəsini yad etmək üçün Qızılhacılı kəndində olublar.
Səfir şəhidin Marneulidə yaşayan yaxınlarına başsağlığı verib.

F.Quliyev deyib ki, 20 Yanvar şəhidləri Azərbaycan xalqının azadlıq mübarizəsinin qəhrəmanlarıdır və onların xatirələri hər zaman azərbaycanlıların yaddaşında yaşayacaq.
< Səfir və deputat Zaur Darğallı Marneuli rayonunun Qızılhacılı kəndində İ.Mursaqulovun adını daşıyan küçəyə baş çəkiblər. R.Mursaqulov küçəyə şəhidin adının 1993-cü ildə verildiyini bildirib. F.Quliyev küçənin hazırkı vəziyyəti ilə maraqlanıb və şəhidin xatirə lövhəsinin quraşdırılmasının vacibliyini vurğulayıb. Şəhidin qohumları göstərilən diqqət və ehtirama görə Azərbaycan səfirliyinə minnətdarlıq ediblər. Səfir həmçinin Bolnisi rayonunun Faxralı kəndində yerləşən 20 Yanvar şəhidi İlqar Əhmədovun məzarını da ziyarət edib. Səfir Faiq Quliyev şəhidin anası Nigar Əhmədova ilə görüşüb. Faiq Quliyev bildirib ki, artıq məzarın və ətrafdakı qəbirlərin hasarları rənglənib: "Təmir-bərpa işləri çərçivəsində sinə daşı, hasarın dam örtüyü də yenilənəcək və məzara aparan cığıra daş örtüyü düzüləcək", - deyə o bildirib. F.Quliyev qeyd edib ki, təmir işlərinin şəhidin doğum günü - mayın 25-dək başa çatdırılması planlaşdırılıb. Şəhidin ailə üzvləri ziyarətə və məzarın təmirinə görə səfirliyə minnətdarlıq ifadə ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey