Avropa Parlamenti Gürcüstanla bağlı kəskin qətnamə qəbul edib

Avropa Parlamentinin qətnaməsində, Gürcüstanda cari il ərzində, xüsusən də 26 oktyabr 2024-cü il parlament seçkiləri ərəfəsində artan demokratik geriləmədən dərin təəssüf hissi qeyd olunub.

24News.ge xəbər verir ki, 2 gün davam edən müzakirələrin yekununda səsə qoyulmuş qətnamənin lehinə 495, əleyhinə 73 deputat səs verib, 86 deputat isə bitərəf qalıb.

Qətnamədə bildirilir ki, son dövürlər Gürcüstanda qəbul edilən qanun layihələri Avropa Birliyinin dəyərlərinə və demokratik prinsiplərinə uyğun olmadığı, Gürcüstanın Avropa İttifaqına daxil olmaq ambisiyalarına zidd olduğu, Gürcüstanın beynəlxalq nüfuzuna xələl gətirdiyi və ölkənin Avro-Atlantik inteqrasiyasını təhlükə altına atdığı açıq şəkildə müşahidə olunur.

Qətnamədə Avropa Parlamentinin Gürcüstanda “demokratik geriləmə”dən dərin narahatlıq keçirdiyi qeyd edilib və Avropa İttifaqından (Aİ) Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının lideri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməsi istənilib.

Qətnamənin mətnində, həmçinin həbsdə olan sabiq prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması, Gürcüstanın Rusiyaya sanksiya tətbiq etməsi, Aİ-nin Gürcüstana maliyyə yardımını dondurması çağırışları yer alıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey