Baş nazir bölgə qubernatorlarına ciddi tapşırıq verdi
Baş nazir Giorgi Qaxaria bu gün bölgə qubernatorları ilə görüş keçirib.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, görüşdə baş nazir qubernatorlara regionlardakı problemlərin həlli prosesini tezləşdirməyi tapşırıb. Bundan əlavə, baş nazir bildirib ki, məhdudiyyətlərin mərhələli şəkildə götürülməsi zamanı, pralel olaraq virusun yayılmasının qarşısını almaq üçün requlasiyalara nəzarət edilməlidir.
Görüş zamanı qubernatorlar bütün rayonlar üzrə mövcud epidemoloji vəziyyət barədə hökumət rəhbərinə məlumat veriblər.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, baş nazir və qubernatorların görüşü gələcəkdə də mərhələli şəkildə davam etdiriləcək.