Xalq Müdafiəçisi Saakaşvilinin həbsxana xəstəxanasına köçürülməsi məsələsinə münasibət bildirib
Xalq Müdafiəçisi Nino Lomcaria, Mixeil Saakaşvilinin həbsxana xəstəxanasına köçürüləcəyi təqdirdə bəzi xidmətlərdən yararlana bilməyəcəyini bildirib.
N. Lomcaria həmin xəstəxanada bəzi təchizatların olmadığını deyib.
Onun sözlərinə görə, həmin xəstəxana M. Saakaşvili üçün təhlükəsiz yer deyil:
“Aparılan monitorinq göstərdi ki, Mixeil Saakaşvili 18 saylı tibb müəssisəsinə köçürülərsə, çoxfunksiyalı həkimlər qrupunun müəyyən etdiyi tibbi xidmətlər göstərilməyəcək və onun vaxtaşırı mülki klinikaya köçürülməsinə ehtiyac yaranacaq.
Monitorinqdə Gürcüstanın üçüncü Prezidentinin ola biləcəyi/ hərəkət edə biləcəyi lazım ola biləcək bütün yerlər araşdırıldı və məlum oldu ki, qurumun rəhbərliyi hər hansı bir məhbusun təhlükəsizliyini qorumağa hazır olduğunu bildirsə də, Mixeil Saakaşvili ilə bağlı risklər var. Həmçinin, infrastruktur və ətraf mühit müəyyən qrup məhbuslar tərəfindən şifahi təcavüz və şifahi təhqir və ya psixoloji təzyiq riskini istisna etmir”, – deyə N. Lomcaria bildirib.
Xatırladaq ki, Mixeil Saakaşvilinin səhhətinin pisləşəcəyi təqdirdə, onu 18 sayılı cəzaçəkmə müəssisəsində yerləşən xəstəxanaya yerləşdirilməsi planlaşdırılır. Lakin Saakaşvilinin şəxsi həkimi və vəkilləri buna qarşı çıxırlar, həmin xəstəxanada təchizatların yetərli olmadığını, həmçinin digər məhkumlarla bir yerdə olacağını, bu səbəbdən onun həyatı təhlükə altına düşəcəyini bildirirlər.
Baş nazir İrakli Qaribaşvili isə Mixeil Saakaşvilinin digər məhbuslardan fərqlənmədiyini, buna görə də onun da 18 sayılı cəzaçəkmə müəssisəsinə yerləşdiriləcəyini bildirib.