Baş nazir Saakaşvilinin aradan qaldırlması ilə bağlı yayılan məlumatlara cavab verdi
“Saakaşvilinin özəl xəstəxanaya köçürülməsi onun özünün simulyasiya (yanlış təsəvvür yaratmaq) üçün tapşırığı idi. 30 oktyabrda dəstəkçiləri yığılaraq onu oradan azad edəcəkdilər”.
Bu barədə baş nazir İrakli Qaribaşvili, sabiq prezident Mixeil Saakaşvilinin xəstəxanaya yatırılması məsələsinə münasibət bildirərkən deyib.
O, deyib ki, Saakaşvilinin planı baş tutumadı:
“Onların planı belədir ki, Saakaşvilini özəl xəstəxanaya yatırsınlar, 30 oktyabrda onların dəstəkçiləri yığılaraq Saakaşvilini xəstəxanadan çıxartsınlar. İndi düşünün, bu insan öz ayağı ilə gəldi və həbsə girdi. Təmamilə hesablanmamış və qarışıq bir addım atdı və nəticə ortadadır. Təsəvvür edin ki, onlar necə bir illuziyadadılar ki, öz seçicilərinin kiçik qrupuna növbəti bir provokasiya hazırlayırlar. Onlar öz çirkin provokasiyalarını həyata keçirə bilmədilər.O, (Saakaşvili) 2 oktyabrda Rustaveli prospektinə çıxmaq istəyirdi və orada həmin gün iki-üç müxalifət liderinin öldürülməsini və bununla ölkədə təmamilə destabilizasiya yaratmağı planlayırdı, ancaq onların bu planları da pozuldu”, – deyə İ. Qaribaşvili bildirib.