Rusiyalı senator iclas zalında həbs olunub – TƏFƏRRÜAT

Rusiyalı senator Rauf Araşukovun yanvarın 30-da Moskvada Federasiya Şurasının toplantısı zamanı həbs edilməsinin təfərrüatı məlum olub.

“Report” un xəbərinə görə, şuranın iclası əvvəlcə mətbuat üçün açıq keçirilirmiş və canlı yayımlanırmış.

Lakin sonradan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko toplantını bağlı elan edib və yayım dayandırılıb. Bundan sonra Rusiyanın baş prokuroru Yuri Çayka İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə birlikdə zala daxil olaraq, Rauf Araşukovun senator kimi toxunulmazlığının ləğv edildiyi barədə qərarı oxuyub.
Qeyd edək ki, R.Araşukov 1986-cı il iyulun 23-də Stavropol diyarı, Qaraçay-Çərkəz Muxtar Dairəsinin Xabez aulunda anadan olub. 18 yaşında Satavropol şəhərinin deputatı seçilib. Qaraçay-Çərkəzin Prezidenti Mustafa Batdıyev 2008-ci ildə 22 yaşlı R.Araşukovu muxtar dairənin əmək və sosial inkişaf naziri təyin edib.

2008-ci ildə respublika prezidentinin köməkçisi olub. 2010-cu ildən “Vahid Rusiya” Partiyasının dəstəyi ilə Qaraçay-Çərkəz Xalq Məclisinin deputatı seçilib. Həmin ilin aprelində deputat mandatından imtina edib.

R.Araşukov 2010-2011-ci illərdə “Qazprom”un Pyatiqorsk regionlararası filialının direktor müavini vəzifəsində çalışıb. 2011-ci illərdə Qaraçay-Çərkəz baş nazirinin birinci müavini təyin edilib. Eyni zamanda “QÇR ərazisində Federal Avtomobil Yolları”nı idarə edib.
O, 2016-cı ildən Federasiya Şurasının üzvü (senator) seçilib. 2018-ci ildə Birləşmiş Ərəb Əmirliyi sənədləri saxtalaşdırmaqda ittiham edərərk, ona qarşı cinayət işi başlayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey