Koronavirusun adı yenidən dəyişdirildi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində meydana çıxan və çox sayda insan tələfatına səbəb olan koronavirus epidemiyasına yeni ad verib.

Virus bundan sonra “Covid-19” adlandırılacaq.

Xatırladaq ki, bundan əvvəl Çin Milli Səhiyyə Komitəsi virusa “Yeni koronavirus pnevmaniyası” (NCP) adını verdiyini açıqlamışdı.

Qeyd edək ki, bu günə qədər virusdan ölənlərin sayı 1 100-ü ötüb, yoluxan şəxslərin sayı isə 42 mini keçib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey