Dünya əhalisinin 80 faizi koronavirusa yoluxa bilər-HƏKİMLƏRDƏN DƏHŞƏTLİ XƏBƏRDARLIQ

Dünya əhalisinin 60-80%-i koronavirusa yoluxa bilər. Bu barədə honkonqlu epidemioloq Qebriel Lyan məlumat verib. Onun sözlərinə əsasən, əgər infeksiya lokallaşdırılmasa, onun proqnozu reallaşa bilər. Hələlik ən çox yoluxma halı, yəni 40 min virus daşıyıcısı Çində müşahidə edilir. Hazırda virusun peyda olduğu Vuhan şəhəri karantindədir.
Əgər Çin hökumərinin qabaqlayıcı tədbirləri virusun yayılmasının qarşısını almasa, hər virus daşıyıcısı ən azı iki nəfəri xəstələndirə bilər. Nəticədə isə planet sakinlərinin yarıdan çoxu virus daşıyıcısına çevrilə bilər.
Londonlu ekspertlər isə ötən həftə virusa yoluxanların ümumi sayının 500 min nəfəri keçməyəcəyini bildiriblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey