Türkiyə-Gürcüstan sərhədində nəzarət gücləndirildi

Türkiyədən Gürcüstana daxil olan TIR sürücüləri pasport nəzarətindən keçiriləcək.

Bu barədə Türkiyənin Gürcüstandakı səfirliyindən bildirilib.

Bu barədə qərar koronavirus təhlükəsinin qarşısının alınması məqsədi ilə qəbul olunub.

Məlumatda vurğulanıb ki, son 21 gün ərzində Çin, İran, Cənubi Koreya və İtaliyaya səyahətə dair pasportlarında viza olan şəxslərin Gürcüstana daxil olmalarına icazə verilmir.

Qeyd edək ki, Türkiyə vətəndaşları Gürcüstan ərazisinə şəxsiyyət vəsiqəsi ilə daxil ola bilirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey