Prezident göstəriş verdi: “Diqlas”da malı yanan sahibkarlara pul ödəniləcək

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Diqlas” ticarət mərkəzi ilə bağlı tapşırıq verib.

Bunu Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov deyib.

Onun sözlərinə görə, ticarət mərkəzində malları yanan sahibkarların müraciətləri İlham Əliyevə çatdırılıb və prezidentin tapşırığı ilə nümayəndə heyəti icarədarlarla görüşə göndərilib.

Görüşdə çıxış edən Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov bildirib ki, “Diqlas”da yanğın hadisəsi baş verən andan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ciddi nəzarəti altında olub:

“Görülən tədbirlər nəticəsində yanğın lokallaşdırıldı. Şükürlər olsun ki, insan tələfatı baş vermədi. Amma sahibkarlara ciddi maddi ziyan dəyib. Belə hadisələr dünyanın hər yerində olur. Bunların qarşılığında da dövlət öz tədbirlərini görür. Hər ölkənin öz qanunları var”.

Hüseyn Mövsümov qeyd edib ki, İlham Əliyevin tapşırığına əsasən, “Diqlas”da malı yanan sahibkarlara dəyən ziyan dövlət tərəfindən ödəniləcək:

“Bunun üçün komissiya yaradılacaq. Sahibkarların, dövlət qurumlarının iştirakı ilə yaradılan komissiya əraziyə baxış keçirəcək və dəymiş ziyan müəyyənləşdiriləcək. Hər şey obyektiv olacaq. Bu işdə sui-istifadəyə yol verilməyəcək. Burada aldatmaq cəhdi yolverilməzdir.

Xahişimiz bundan ibarətdir ki, səbrli olun, dövlət daim sizin yanınızdadır”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey