Aİ Gürcüstandakı vəziyyətlə bağlı narahatlığını ifadə edib

Avropa İttifaqı (Aİ) Gürcüstanda vətəndaş cəmiyyəti təşkilatlarına qarşı məhkəmə sistemindən siyasi məqsədlərlə istifadə edilməsi və repressiv tədbirlərin tətbiqi ilə bağlı narahatlığını ifadə edib.

Dalğatv xəbər verir ki, bunu Aİ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Mişel Servone d’Urs BMT İnsan Hüquqları Şurasının sessiyasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Aİ Gürcüstanı fundamental azadlıqların qorunması ilə bağlı öhdəliklərinə əməl etməyə, həmçinin insan hüquqları sahəsində beynəlxalq standartlara uyğun gəlməyən son qanunvericilik dəyişikliklərini ləğv etməyə və ya əsaslı şəkildə yenidən nəzərdən keçirməyə çağırır.

“Aİ vətəndaş cəmiyyəti təşkilatlarına qarşı məhkəmə sistemindən siyasi motivlərlə istifadə olunmasından, eləcə də müxalifət nümayəndələrini, hüquq müdafiəçilərini və müstəqil medianı hədəf alan repressiv tədbirlərdən dərin narahatlıq keçirir”, – deyə Aİ rəsmisi bildirib.

Mişel Servone d’Urs əlavə edib ki, Avropa İttifaqı müxalifət liderlərinin, müstəqil jurnalistlərin, media əməkdaşlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin həbsləri də daxil olmaqla, qanunsuz həbsləri və repressiyaların güclənməsini qətiyyətlə pisləyir.

Aİ nümayəndəsi Gürcüstan hakimiyyətini mövcud problemlərin həlli istiqamətində addımlar atmağa, siyasətini beynəlxalq standartlara uyğunlaşdırmağa və demokratik institutlara etimadın bərpası məqsədilə konstruktiv dialoqa qoşulmağa çağırıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey