Ərdoğan: Suriyada sülh və sabitliyin yol xəritəsi müəyyən edilib
“Dalgatv” “APA”ya istinadən xəbər verir ki, Türkiyə Rəcəb Tayyib Ərdoğan bunu hakim partiyasının iclasında çıxışı zamanı bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, Suriyada davamlı sülhün və sabitliyin təmin olunması üçün yol xəritəsi artıq formalaşdırılıb. Onun sözlərinə görə, Suriyanın yeraltı və yerüstü təbii sərvətlərinin silahlı fəaliyyətlərə deyil, birbaşa Suriya xalqının rifahına xidmət etməsinin vaxtı çatıb.
Ərdoğan vurğulayıb ki, prosesin fasiləsiz davam etməsi üçün Türkiyəüzərinə düşən bütün məsuliyyəti yerinə yetirir. O, tərəfləri mövcud reallığı düzgün qiymətləndirməyə, yanlış hesablamalardan çəkinməyə, keçmiş səhvləri təkrarlamamağa və maksimalist tələblərlə prosesi zəhərləməməyə çağırıb.
“Artıq “Suriya”nın resurslarının tunel tikintisinə, şəhərlərin altında yeraltı qurğuların inşasına deyil, Suriya xalqının bütün təbəqələrinin rifahına yönəldilməsinin vaxtı çatıb”, – deyə Türkiyə Prezidenti bildirib.
