ABŞ-ın vitse-prezidenti: Tramp Azərbaycanla tərəfdaşlığa sadiqdir

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfəri ilə bağlı paylaşımı.

Dalğatv “APA”ya istinadən xəbər verir ki, ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Ermənistan və Azərbaycana səfəri ilə bağlı sosial şəbəkə hesabında videoçarx paylaşıb. Videoçarx Vensin “X” platformasındakı rəsmi hesabında “Bu həftə Vitse-prezident Vens sülh naminə Ermənistan və Azərbaycana tarixi səfər edib” başlığı ilə yayımlanıb.

Paylaşımda qeyd olunur: “Bu, ABŞ prezidentinin xarici siyasətimizi yönləndirdiyi istiqamətdir. Prezident Donald Tramp, eləcə də mən bu tərəfdaşlığa sadiqik”.

Xatırladaq ki, fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens imzalayıblar.

Qeyd olunan sənəd Azərbaycan ilə ABŞ arasında siyasi dialoqun və əməkdaşlığın dərinləşdirilməsini, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsini hədəfləyir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey