Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin baş katibi Dəməşqdə saxlanılıb
Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri Fələstinin Azadlığı Xalq Cəbhəsi – Baş Komandanlıq (PFLP-GC) təşkilatının baş katibi Təlal Nacini Dəməşqdə saxlayıb. Bu barədə məlumatı Suriyanın “Al Masirah” televiziya kanalı teleqram səhifəsində yayıb.
“Dalğatv” xəbər verir ki, hadisənin detalları açıqlanmasa da, fələstinli mənbələr məlumatı təsdiqləyib. Bildirilib ki, Nacinin yaşadığı evə videomüşahidə kameraları yerləşdirilib.
Qeyd edək ki, mayın 1-də “Asharq Al-Awsat” nəşri Suriyadakı yeni hakimiyyətin fələstinli fraksiyaları ölkə ərazisində üzvləri arasında silah yayılmasına nəzarət planları barədə məlumatlandırdığını yazmışdı. Məqalədə qeyd olunurdu ki, bu mərhələdə fələstinli qrupların silah təhvil verməsi məsələsi gündəmdə deyil.