Daur İsmayılov Marneuli meri olaraq fəaliyyətə başlayıb

Marneuli şəhərinin yeni meri Daur İsmayılov bu gün, 29 oktyabr mer kimi fəaliyyətinə başlayıb.

Dalğatv xəbər verir ki, Marneuli şəhərinin yeni meri Marneuli Meriyasının əməkdaşlarına yeni Kvemo Kartli qubernatoru İlia Calağaniya təqdim edib.”Bu gün mənim üçün xüsusi və önəmli bir gündür. Marneuli Meriyası mənim üçün tanış bir məkandır. Dövlət qulluqçularının fəaliyyətləri arxasında nə qədər zəhmət, fədakarlıq və məsuliyyət olduğunu yaxşı bilirəm. Əminəm ki, ortaq məqsədimiz Marneulinin davamlı inkişafıdır”, – deyə Daur İsmayılov qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey