Tbilisidə sabiq prezidentin evinin yanında atışma baş verib

Şənbə gününə keçən gecə Tbilisinin mərkəzində, Gürcüstanın sabiq prezidenti Salome Zurabişvilinin evinin yaxınlığında silahlı insident baş verib.

“Dalğatv” xəbər verir ki, keçmiş prezident sosial şəbəkədə etdiyi paylaşımda hadisənin gecə saat 4:20 radələrində Qudiaşvili bağı ərazisində qeydə alındığını bildirib. Onun sözlərinə görə, təxminən 40 nəfərlik bir qrup yüksək səslə mübahisə edib və sonda odlu silahdan istifadə olunub. Nəticədə səkkiz atəş səsləndiyi, onlardan birinin onun şəxsi həyətinə düşdüyü qeyd olunub.

Zurabişvili baş verənləri təkcə şəxsi təhlükəsizlik yox, ümumilikdə şəhər təhlükəsizliyi kontekstində qiymətləndirib: “Bu ərazi şəhərin mərkəzidir, burada gecə saatlarınadək fəaliyyət göstərən kafe və barlar var, gənclər və turistlər aktiv şəkildə hərəkət edir”.

Hadisə ilə bağlı istintaq tədbirlərindən sonra çəkilmiş fotolar da ictimaiyyətlə paylaşılıb. Keçmiş prezidentin iddiasına görə, polis hadisə yerinə yalnız səhər saat 9-da gəlib.

Hazırda insidentlə bağlı araşdırma aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey