Tbilisidə aksiyaçılar Gürcüstanın prezident sarayının darvazasına qıfıl asıblar

Tbilisidə aksiyaçılar Gürcüstanın prezident sarayının darvazasına qıfıl asıblar.

Aksiyaçılar öncə iqamətgahın qapısını qıfıllamağa cəhd ediblər.

Etirazçılar bildiriblər ki, prezident Salome Zurabişvili ölkədə siyasi böhran yaranandan on gün sonra bəyanat verib və bu da onları hiddətləndirib.

Qeyd edək ki, S.Zurabişvili ötən gün hazırda ölkədə qarşıdurmanın vaxtı olmadığını bildirib. Dövlət başçısı hamını gərginliyi azaldacaq qərar tapmağa çağırıb.

Gürcüstanda etirazlar noyabrın 14-də proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin parlamentdə qəbul edilməməsindən sonra başlayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey