Bu məhsullar ürək xəstəlikləri riskini azaldır
Paxlalıların istifadəsi müxtəlif ürək-damar xəstəliklərinin yaranmasının qarşısını almağa kömək edir.
Bu nəticəyə Amerika Həkimlər Komitəsinin ekspertləri gəliblər.
Mütəxəssislərin sözlərinə görə, rasiona lobya, mərcimək və noxud daxil edilməsi infarkt və insult riskini on faiz azaldır. Məsələ ondadır ki, bu bitkilərin tərkibində çoxlu miqdarda sellüloza, zülal və digər mikroelementlər var.
Eyni zamanda, paxlalıların tərkibində yağ az olur, aşağı qlikemik indeksə malikdir və tərkibində xolesterin olmur.
Tədqiqatçılar qeyd edirlər ki, pəhrizə paxlalıların əlavə edilməsi qan təzyiqinin də azalmasına kömək edə bilər.