Bakı Ali Neft Məktəbinin tələbələri “Texnofest 2025”-in qalibi oldular
Bakı Ali Neft Məktəbinin “BANM 6” komandası Teknofest Aerokosmik və Texnologiya Festivalında uğur qazanıb.
Şimali Kipr Türk Cümhuriyyətində keçirilən “Texnofest 2025″də iştirak edən BANM komandası iki nominasiyada qalib olub.
Yarışmanın final mərhələsində BANM-nin “Qızılqaya“ komandası “Texnologiyalar” kateqoriyası üzrə birinci yer qazanıb.
Universitetin “Xudafərin” komandası isə “Tədqiqat Layihələri – Ətraf Mühit və Enerji” kateqoriyası üzrə üçüncü yer qazanıb.
BANM-ın yetirmələrinə mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan təqdim edib.