Çin səfiri: ABŞ-ın rüsum təzyiqləri Pekini qorxutmayacaq

ABŞ-ın iki ölkə arasında ticarət münasibətlərinə dair atdığı addımlar Çini qorxutmayacaq. Bu barədə Çin Xalq Respublikasının ABŞ-dakı səfiri Se Fen Vaşinqtondakı səfirlikdə çıxışı zamanı bəyan edib.

Diplomatın sözlərinə görə, əgər Birləşmiş Ştatlar bu məsələlər üzrə real danışıqlara başlamaq istəyirsə, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dialoq aparılmalıdır: “Gömrük rüsumlarının artırılması heç bir tərəfin maraqlarına xidmət etmir. Bu, biznes mühitinə mənfi təsir göstərir, xərclərin artmasına, maliyyə bazarlarında qeyri-sabitliyə və qlobal iqtisadi artımın zəifləməsinə səbəb olur”.

Se Fen qeyd edib ki, ticarət münaqişəsini başlayan tərəf Çin deyil və Pekin qarşı tərəfin təzyiqləri fonunda geri çəkilmək niyyətində deyil.

O, həmçinin vurğulayıb ki, Çin yalnız öz qanuni hüquq və maraqlarını deyil, beynəlxalq ticarət sisteminin prinsiplərini də qorumağa sadiqdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey