Rusiyada hərbi bazada partlayış: ölən və yaralananlar var
Rusiyada hərbi hissənin artilleriya mərmiləri olan anbarında baş vermiş partlayışlar nəticəsində 1 hərbçi həlak olub.
TASS xəbər verir ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu vəziyyətə nəzarət etmək üçün müavini Dmitri Bulqakovu insident yerinə göndərib.
Rəsmi məlumatlarda bildirilir ki, yaralananların sayı 7 nəfərə çatıb.
Onlar xəstəxanalara yerləşdirilib.