Binəli Yıldırım bələdiyyə seçkilərində məğlubiyyətini etiraf edib

Bu gün İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım səsvermələrdə məğlubiyyətini etiraf edib.

Bu barədə o, NTV telekanalının efirində bildirib.

B.Yıldırım Cumhuriyyət Xalq Partiyasından (CHP) olan namizəd Əkrəm İmamoğlunu qələbə qazanması münasibətilə təbrik edib. Bülletenlərin 99,3 faizinin hesablanması ilə İmamoğlu seçicilərin 53,3 faizinin səsini toplayıb. Onun rəqibi Yıldırım isə 45,9 faiz seçici səsi toplayıb.

“Görünür ki, Əkrəm İmamoğlu irəlidədir. Mən rəqibimi təbrik edir və ona uğur arzulayıram. Seçkilər – bu demokratiyadır. Və Türkiyədə keçirilən bu seçkilər yenə göstərdi ki, ölkəmizdə demokratiya şəksizdir. Arzu edirəm ki, İmamoğlu İstanbula bütün səylərini şəhərə və onun sakinlərinə xidmətə yönəltməklə rəhbərlik etsin”, – deyə Yıldırım bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey