Danimarka səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsini məhdudlaşdırır
Danimarka parlamenti hökumətin səfərbərlik yaşında olan Ukrayna vətəndaşlarına ölkədə yaşayış icazəsinin verilməsinin dayandırılması ilə bağlı təklifini dəstəkləyib.
Dalğatv “Azərtac”a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, səfərbərlik yaşında olan Ukrayna vətəndaşları Danimarkaya gəldikdən sonra ukraynalı qaçqınlar üçün nəzərdə tutulmuş xüsusi qanun çərçivəsində yaşayış icazəsi ala bilməyəcəklər.
İstisna yalnız hərbi xidmətdən azad olunduğunu rəsmi sənədlərlə təsdiqləyən şəxslərə şamil ediləcək. Onlar əvvəlki qaydada yaşayış icazəsi üçün müraciət edə biləcəklər.
Bildirilib ki, qanuna edilən dəyişiklik cari il iyunun 25-dən sonra təqdim olunan müraciətlərə şamil olunacaq.
