Avropa İttifaqı Şurası vizasız gediş-gəlişin dayandırılması ilə bağlı yenilənmiş mexanizmi təsdiqləyib

Avropa İttifaqı Şurası vizasız gediş-gəlişin dayandırılması ilə bağlı yenilənmiş mexanizmi təsdiqləyib

Avropa İttifaqı Şurası üçüncü ölkə vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin müvəqqəti dayandırılmasına dair yenilənmiş mexanizmi təsdiqləyib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Şuranın açıqlamasına görə, yeni qaydalar Aİ-yə vizasız səfərlərdən sui-istifadə halları və ya İttifaqın maraqlarına zidd vəziyyətlər yarandığı təqdirdə daha sürətli və sərt tədbirlər görülməsinə imkan verəcək. Dəyişikliklər qüvvəyə mindikdən sonra Aİ, üçüncü ölkənin viza siyasətinin İttifaqın tələblərinə uyğun olmadığı hallarda həmin ölkə ilə vizasız rejimi ləğv edə biləcək. Həmçinin insan hüquqlarının pozulması və ya Aİ ilə ikitərəfli münasibətlərin pisləşməsi kimi səbəblər də vizasız gediş-gəlişin dayandırılması üçün əsas kimi nəzərdə tutulur.

Yenilənmiş mexanizm vizasız rejimin ilkin dayandırılma müddətinin 9 aydan 12 aya qədər artırılmasını nəzərdə tutur. Bu müddət əlavə 24 ay müddətinə də uzadıla bilər. Qaydalara əsasən, ilkin uzadılma bütün vətəndaşlara şamil olunsa da, əlavə 24 aylıq mərhələdə məhdudiyyətlər yalnız hökumət rəsmiləri və diplomatlara tətbiq edilə bilər.

Yeni tənzimləmə Aİ-nin Rəsmi Jurnalında dərc edildikdən 20 gün sonra qüvvəyə minəcək və bütün Aİ üzv dövlətləri üçün məcburi olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey