Quaydo özünü Venesuela prezidenti elan etdi
Venesuela parlamentinin spikeri, müxalifət lideri Xuan Quaydo prezident səlahiyyətlərini üzərinə götürdüyünü elan edərək and içib.
Karakasda izdihamlı mitinq davam edir.
İnsanlar prezident Nikolas Maduronu istefaya çağırır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bəyanat verərək Xuan Quaydonu qanuni prezident kimi tanıyıb. O, Venesuela xalqına qarşı istənilən təhdidlərə görə Maduro rejimini məsuliyyətə cəlb edəcəyini bildirib.