Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
“Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərini gördükcə ürəyim sevinir. Bir daha əmin oluram ki, biz qurub-yaradan böyük xalqıq”.
Bu fikirləri Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşü zamanı səsləndirib.
Dövlət başçısı bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun əsl sahibləri Azərbaycan xalqıdır:
“Bu torpaqların sahibləri bizik. Bütün dünya bunu artıq qəbul edir. Bəziləri istəməsə də, bunu qəbul etməyə məcburdurlar, çünki biz öz həqiqətlərimizi dünyaya qəbul etdirmişik”.
