Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan qaz sazişini təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Sazişin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Sənədə əsasən, saziş qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlandığı barədə Gürcüstan tərəfinə bildiriş göndərəcək.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında təbii qazın təchizatına dair saziş 2026-cı il mayın 18-də Bakı şəhərində imzalanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey