Tbilisi meriyası: Azərbaycanlıların etiraz aksiyasına qadağa qoyulmayıb

Tbilisi meriyası şəhərdə yığıncaq və tədbirlərin keçirilməsinə qadağa qoymur, çünki buna hüququ yoxdur.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə meriyanın açıqlamasında bildirilib.

Qurumdan qeyd olunub ki, Tbilisi meriyasına hər gün şəhər miqyasında tədbirlərin keçirilməsi ilə bağlı olduqca çoxlu müraciətlər daxil olur: “Əgər müraciətdə göstərilən yer boş deyilsə, meriya yalnız bu barədə təşkilatçılara xəbərdarlıq edir”.

Qeyd edək ki, bu gün saat 12:00-da Gürcüstan azərbaycanlıları Tbilisidə parlament binası qarşısında Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Qarabağ separatçısı olan erməni hərbçi Mixail Avaqyana büstün qoyulmasına qarşı etiraz aksiyası keçirəcəkdilər. Ötən gün Tbilisi meriyası parlament binası qarşısında müddətsiz aksiyanın keçirildiyini əsas gətirərək həmin yerdə digər aksiyanın keçirilməsini tövsiyə etməyib.

Təşkilatçılar aksiyanın fevralın 8-də keçirilməsi ilə bağlı yenidən Tbilisi meriyasına müraciət təqdim ediblər. Sənəddə aksiyanın yeri üçün alternativ məkanlar da qeyd olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey