Son Dəqiqə! – Marneulidə qadağaların götürüləcəyi vaxt açıqlandı
Mayın 18-dən etibarən Marneulidəki qırmızı zona statusu götürüləcək.
Bu barədə hökumətin iclasından sonra baş nazir Qiorqi Qaxaria açıqlama verib.
“Marneulidəki epidemioloji vəziyyətə görə, bir sıra testlərə ehtiyac var, buna görə də bu əlavə vaxta yəni 18 mayadək bir zamana ehtiyacımız var. Bu həm Marneuli, həm də aşağıda danışdığım digər bölgələrə də aiddir “, – deyə baş nazir bildirib.