Son Dəqiqə! – Tbilisi və Rustavidə bütün növ hərəkət qadağaları götürülür – Tarix açıqlandı
“11 maydan etibarən, Tbilisidə bütün növ hərəkət qadağaları götürülür. 14 maydan etibarən isə Rustavi və Qardabani istiqamətində hərəkət qadağaları da ləğv olunacaq”.
Bu barədə baş nazir, Giorgi Qaxariya hökumətin iclasından sonra bildirib.
“11 may tarixində, bazar ertəsi, səhər saatlarından Tbilisiyə bütün giriş və çıxış qadağaları götürülür. Ancaq, bu komendant saatının ləğvi anlamına gəlmir”, – deyə Qaxariya bildirib.
Qeyd edək ki, Tbilisi, Rustavi, Kutaisi və Batumiyə giriş-çıxış qadağası 15 apreldən qüvvədə idi.