Gürcüstan sərhədlərini iyulun 1-də açmağa hazırlaşır
Ölkəmiz quru və hava sərhədlərini iyulun 1-də açmağı planlaşdırır.
Bu barədə ölkənin iqtisadiyyat və turizm naziri Natia Turnava məlumat verib.
Onun sözlərinə görə, bu tarix xarici turistlərin qəbuluna başlanacağı tarixlə üst-üstə düşəcək.
Nazir qonşu ölkələrlə quru sərhədlərdə təhlükəsizlik dəhlizlərinin yaradılacağını da deyib: “Bu istiqamətdə işlər aparılır. Bu dəhlizlər vasitəsilə turistlər Gürcüstana və Gürcüstandan səfərə yollanacaqlar”, – deyə nazir bildirib.
N.Turnava aviauçuşların bərpası üzrə şirkətlərlə danışıqların aparıldığını da qeyd edib.