Təbii fəlakət bölgəsində itkin düşən Samirə İsayevanın cəsədi tapılıb
Raca-Leçxumi bölgəsinin Şovi kurortu ərazisində torpaq sürüşməsi zamanı itkin düşən Rustavi sakini, 18 yaşlı Samirə İsayevanın cəsədi tapılıb.
Bu barədə İsayevanın qardaşı “Info Rustavi”yə verdiyi açıqlamada bildirib.
Samirə İsayeva sonuncu dəfə ailəsi ilə 2 avqust tarixində telefon vasitəsilə əlaqə qurub. Daha sonra isə onunla bütün əlaqələr kəsilib.
Həyatını itirən 18 yaşlı Samirə İsayevanın cəsədini onun atası tanıyıb.
Qeyd edək ki, 3 avqust tarixində Raca-Leçxumi bölgəsinin Şovi kurortu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində 18 nəfər həlak olub, 20-dək şəxsin axtarışı davam etdirilir.