Təbii fəlakət bölgəsindəki son vəziyyət açıqlandı…

Raca-Leçxumi bölgəsinin Şovi kurortu ərazisində torpaq sürüşməsi nəticəsində itkin düşmüş şəxslərin axtarışı davam etdirilir.

Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Rəsmi məlumata görə təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 18 nəfərə çatıb. Hazırda 20-dək itkin düşmüş vətəndaşın axtarışı davam etdirilir.

Ümumilikdə 210 nəfər təbii fəlakət zonasından təhlükəsiz yerə təxliyə edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey