Gürcüstanda azərbaycanlı icra başçısı səlahiyyətlərinin icrasına başlayıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun yeni seçilmiş icra başçısı Zaur Darğallı vəzifəsinin icrasına başlayıb.
Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili iyunun 10-da Marneuli rayon bələdiyyəsində Z.Darğallı və digər rəhbər şəxslərlə görüş keçirib.

Qubernator Marneuli rayonunun yeni başçısına fəaliyyətində uğurlar arzu edib.

Toplantıda Z.Darğallı Marneulidə görüləcək işlərlə bağlı fəaliyyət planı barədə məlumat verib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey