Batumidə də etiraz aksiyası keçirilir
Bu dəqiqələrdə Tbilisi ilə yanaşı ölkənin ikinci ən böyük şəhəri hesab olunan Batumi şəhərində də etiraz aksiyası keçirilir.
24News.ge xəbər verir ki, aksiya işitrakçıları 31 oktyabrda keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edirlər.
Onlar hakimiyyətdən təkrar parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Acarıstan ali Sovetinə üzv seçilən müxalifət nümayandələri mandatlarından imtina etdiklərini bildiriblər.
Qeyd edək ki, parlamentdə mandat qazanmış bütün müxalif partiyalar mandatlarından imtina etdiklərini açıqlayıblar.