KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək

Mayın 8-də Bakıda Türkiyə və İsrail nümayəndələri arasında qeyri-rəsmi görüş keçiriləcək. Görüş, Suriyada artan gərginlik və iki ölkə arasında hərbi toqquşma riskinin azaldılması məqsədi daşıyır. Danışıqlar Azərbaycanın vasitəçiliyi ilə təşkil olunub.

İsrail tərəfi təhlükəsizliklə bağlı iki əsas narahatlığını gündəmə gətirməyi planlaşdırır: sərhədləri yaxınlığında Türkiyə ilə əlaqəli silahlı qrupların mövcudluğuna yol verilməməsi və Suriyada strateji silahların yerləşdirilməsinin qarşısının alınması.

Bu məsləhətləşmələr, İsrail və Türkiyə hərbi hava qüvvələrinin Suriyada ilk dəfə birbaşa təmasda olduqlarına dair xəbərlər fonunda keçirilir. Bildirilir ki, İsrail aviasiyası bir sıra hədəflərə zərbələr endirərkən, Türkiyənin F-16 təyyarələri də eyni hava məkanında olub və radioelektron sistemlər vasitəsilə xəbərdarlıq siqnalları ötürüblər.

Bakıda baş tutacaq görüşün, iki ölkə arasında münaqişələrin qarşısının alınması və regional sabitliyin qorunması baxımından mühüm rol oynaması gözlənilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey