Gürcüstanda azərbaycanlıların yaşadığı daha bir kənd tam təcrid olundu

Gürcüstanın Bolnisi rayonunun Savaneti kəndi (İmirhəsən) koronavirusun yayılmasının yüksək riski ilə bağlı tam təcrid olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Bolnisi bələdiyyəsindən bildirilib.

Qeyd olunub ki, rayonda COVID-19 infeksiyasına 20 yoluxma halı təsdiqlənib ki, bunların da ikisi Savaneti kəndində qeydə alınıb. İlkin yoluxma mənbəyi hələ məlum olmadığına görə və virusun yayılmasının qarşısının alınması məqsədilə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin tövsiyəsi ilə kənd tam təcrid olunub.

Savaneti ciddi karantin zonası elan edilib, kəndə giriş-çıxış məhdudlaşdırılıb.

Qeyd edək ki, Bolnisinin Kvemo Bolnisi kəndi (Kəpənəkçi) aprelin 1-dən tam təcriddədir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey