Gürcüstan-Azərbaycan sərhədində odlu silahdan atəş açan şəxs yaxalanıb

Yanvarın 14-də Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissəsində silahlı insident baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) rəsmi məlumat yayıb.
Məlumatda deyilir ki, yanvarın 14-də Gürcüstan vətəndaşı G.İ. odlu silah və qumbaradan istifadə etməklə Gürcüstan sərhəd keşikçilərini hədələyərək Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış bölgəsinə keçməyə məcbur edib. İnsident zamanı G. İ. bir neçə dəfə havaya atəş açıb.
Gürcüstan sərhəd keşikçilərinin səmərəli işi nəticəsində silahlı şəxs saxlanılıb.
Saxlanılan şəxsə qarşı qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və girov götürmə maddələri ilə ittiham irəli sürülüb, cinayət işi başlanılıb.
Gürcüstan DİN hadisə ilə əlaqədar səmərəli əməkdaşlığa görə Azərbaycan tərəfinə təşəkkür edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey