Güclü qar Gürcüstanda çətinliklər yaradıb

Gürcüstanın Acarıstan Muxtar Respublikasında yağan güclü qar bir sıra problemlər yaradıb.

Bölgənin Xulo və Şuaxevi kəndlərində 17 məktəbdə tədris prosesi dayandırılıb.

Keda kəndində uşaq bağçaları da müvəqqəti fəaliyyət göstərmir.

Yüksək dağlıq rayonlarda qarın hündürlüyü 1 metrə çatır.

Aidiyyəti qurumlar yolların qar örütüyündən təmizlənməsi üçün xüsusi texnikanın cəlb olunması ilə tədbirlər həyata keçirirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey