Virusun artması səbəbindən Gürcüstan “Yaşıl zona”dan çıxdı

Gürcüstan koronavirusa yoluxma baxımından “yaşıl” zona statusunu itirib.
Bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə artıq “Sarı” zonaya daxil olub:

“Əgər iyulun əvvəlində yeni yoluxma hallarının sayı əhalinin hər 100 min nəfəri üçün 7 idisə, bu gün göstərici 10 təşkil edir. Göstərici 10-dan yüksək olursa, “sarı” zona başlayır”.

M.Ezuqbaya bildirib ki, Gürcüstanın səhiyyə sistemi sutkalıq yoluxma sayı 100-dən çox olmayana qədər vəziyyətin öhdəsindən yaxşı gələcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey