Gürcüstanda yenidən karantin rejimi tətbiq oluna bilrəmi? – Açıqlama
“Hazırda ölkəmizdə virusa yoluxma hallarının artmasına baxmayaraq lakin sərt karantin rejiminin tətbiq olunmasına ehtiyac yoxdur”.
Bu sözləri Xəstəliklərə Milli Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.
Mərkəz rəhbəri qeyd edib ki, hazırki mərhələdə yoluxmanın qarşısını almaq üçün geniş miqyaslı yoluxma qeydə alınan yerlərdə müəyyən tədbirlər həyata keçirilir, buda əsasən “PCR” testi və Termoskrinq yoxlamalarıdır.
Buna baxmayaraq epidemioloq vətəndaşlara müraciət edərək kütləvi toplaşmaqdan çəkinməyə və ictimai nəqliyyatda və digər sıxlıq olan yerlərdə maskalardan istifadə etməyə çağırıb.